COP29

"Yeni baş məşqçisi var və klub yeni mərhələyə qədəm qoyur"

13 İyul 10:20 İspaniya 874
"Yeni baş məşqçisi var və klub yeni mərhələyə qədəm qoyur"

“Barselona”nın keçmiş yarımmüdafiəçisi Andres İnyesta komandanın yeni baş məşqçisi Hans-Diter Flikin perspektivlərini dəyərləndirib.

Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, ispaniyalı keçmiş futbolçu, Flikdə titullar uğrunda mübarizə apara biləcək güc, sakitlik və inamın olduğuna ümid etdiyini bildirib:

“Komandanın yeni baş məşqçisi var və klub yeni mərhələyə qədəm qoyur, fərqli məqamlarda fərqli baxış olacaq.

Ümid edirəm ki, Flikdə titullar uğrunda mübarizə apara biləcək güc, sakitlik və inam var. Mən bu klubun pərəstişkarıyam və inanıram ki, biz uzun illər sabit ola bilərik”.

Flikin “Barselona”ya təyinatı bu il mayın sonunda açıqlanıb. Almaniyalı mütəxəssislə müqavilə 30 iyun 2026-cı ilə qədər qüvvədə olacaq.

59 yaşlı məşqçinin son iş yeri Almaniya millisi olub və bundan əvvəl o, “Bayern”i çalışdırıb.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?