“Barselona”nın baş məşqçisi Hans-Diter Flik futbolçulara yeni tələb irəli sürüb.
Sportinfo.az AS-a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis standart müayinə proqramına diş həkiminə baş çəkməyi də daxil edib.
Flik sadəcə, mövsüm ərzində vacib bir matçdan əvvəl heç kimin diş ağrısı çəkməsini istəmir.
“British Journal of Sports Medicine” bu yaxınlarda diş problemləri ilə zədə arasında əlaqə tapıb.
Belə ki, bir insanın dişləmə ilə bağlı problemi varsa, o, zəif çeynəyir və bu, qida maddələrinin əzələlərə çatdırılmasına təsir göstərir.
Beləliklə, “Barselona”nın futbolçuları diş həkiminə getməli olacaqlar ki, bu da bəzilərini sevindirməyə bilər.