“Real” xorvatiyalı yarımmüdafiəçi Luka Modriçi əvəz edə biləcək futbolçunu seçib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid klubunun gözü Portuqaliya millisinin və PSJ-nin yarımmüdafiəçisi Vitinyadadır.
“Real” portuqaliyalı futbolçu ilə 2025-ci ilin yayında, Modriç komandadan ayrılanda müqavilə imzalamağı planlaşdırır.
Paris klubu isə öz növbəsində, yarımmüdafiəçi üçün ən azı 70 milyon avro tələb etmək niyyətindədir.