COP29

“Ərimi millinin formasında görməkdən qürur duyuram”

11 İyul 21:40 İspaniya 1 166
“Ərimi millinin formasında görməkdən qürur duyuram”

İspaniya millisinin müdafiəçisi Mark Kukurella Fransa yığmasını məğlub edərək (2:1) Avropa çempionatının finalına yüksələn komandanın əsas oyunçularından biridir.

Sportinfo.az “Antena3”-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçunun həyat yoldaşı Klaudiya Kukurella və komanda yoldaşlarının uğurları haqqında fikirlərini bölüşüb:

“Mən ərimi İspaniya millisinin formasında görməkdən qürur duyuram, xüsusən də, onlar çox yaxşı oynadıqları üçün.

Əsl eyforiya! Onlar uğura layiqdirlər və inanıram ki, sonda onlar çempion olacaqlar”.

İspanlar Avropa çempionatının finalında İngiltərə millisi ilə qarşılaşacaq. Matçın start fiti iyulun 14-də, saat 23:00-da səslənəcək.

Digər Xəbərlər
Xəbər Lenti
2 Avqust 16:10 Çək və bizə göndər!
2 Avqust 11:00 Bala-bala böyüyün!
2 Avqust 08:20 3 illik yeni müqavilə