"Real"ın müdafiəçisi David Alaba bu il oynaya bilməyəcək.
Sportinfo.az “AS” nəşrinə istinadən xəbər verir ki, təcrübəli futbolçunun keçən ilin sonunda çarpaz bağı yırtılmışdı.
Lakin hələ bərpa prosesinin yarısını başa vurmayıb.
Bir qayda olaraq, bu zədəni yaşamış futbolçular 3-4 ay ərzində yüngül qaçışlara başlayırlar. Lakin Alaba həkimlərin qeyd etdiyi zədədən sonra reabilitasiyada çətinlik çəkməyə başlayıb.
Zədə almasından altı aydan çox vaxt keçsə də, Davidə hələ də məşq etməyə icazə verilməyib.
Ötən mövsüm "Real”ın müdafiəçisi bütün turnirlərdə 17 matçda meydana çıxıb və iki məhsuldar ötürmə edib.
Alaba bu il Almaniyada təşkil olunmuş AVRO-2024-də də kapitanı olduğu Avstriya millisinə meydanda kömək edə bilməmişdi.