COP29

“Real” qol vura bilməyən müdafiəçisinin bu kluba keçidinə razılaşdı

5 İyul 00:10 İspaniya 252
“Real” qol vura bilməyən müdafiəçisinin bu kluba keçidinə razılaşdı

“Real Madrid”in müdafiəçisi Rafa Marin karyerasını “Napoli”də davam etdirəcək.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, artıq klublar transferlə bağlı razılığa gəliblər.

Müqaviləyə 22 yaşlı ispaniyalının geri alınması variantı da daxil olacaq.

Marin “Real Madrid”in yetirməsidir. O, ötən mövsüm “Alaves”də icarə əsasında çıxış edib. Müdafiəçi komandanın heyətində 35 oyun keçirib, heç bir qol vurmayıb.

Marinin “Real”la müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalı onun dəyərini 7,5 milyon avro qiymətləndirir.

Digər Xəbərlər
Xəbər Lenti