“Barselona” Joao Feliks, Joao Kanselo və Markos Alonso ilə bağlı qərar verib.
Sportinfo.az xəbər verir ki, Kataloniya klubu bu barədə rəsmi saytında məlumat yayıb.
Kataloniya klubu üç futbolçunun – müdafiəçilər Markos Alonso və Joao Kanselonun, həmçinin hücumçu Joao Feliksin komandadan ayrıldığını açıqlayıb.
Alonsonun “Barselona” ilə müqaviləsi iyunun son günündə başa çatır. Feliks və Kanselo ilə bağlı vəziyyət də oxşardır: onların klubla icarə müqavilələri başa çatıb.
Beləliklə, portuqaliyalı futbolçular müvafiq olaraq “Atletiko” və “Mançester Siti”yə qayıdırlar.