“Barselona”nın hücumçusu Ansu Fati transfer söz-söhbətlərinin mövzusu olaraq qalır.
Sportinfo.az “El Chiringuito”-ya istinadən xəbər verir ki, Kataloniya klubu artıq Fatiyə məyusedici xəbər verib.
Belə ki, 22 yaşlı futbolçu baş məşqçi Hans-Diter Flikin planlarına daxil deyil.
Ansu Fati ötən mövsüm “Brayton”da icarə əsasında çıxış edib. Gənc forvard bu komandayla keçirdiyi 27 oyunda 4 qol vurub və 1 məhsuldar ötürmə edib.