COP29

“Barselona” braziliyalını satmalıdır – Diası almaq üçün

24 İyun 18:40 İspaniya 1 247
“Barselona” braziliyalını satmalıdır – Diası almaq üçün

Hücumçu Luis Dias “Liverpul”dan “Barselona”ya keçə bilər.

Sportinfo.az “TodoFichajes”-ə istinadən xəbər verir ki, 27 yaşlı kolumbiyalının transferi yalnız bir şərtlə mümkün olacaq: kataloniyalılar Rafinyanı satsa.

“Barsa” braziliyalı futbolçu üçün təxminən 90 milyon avro almağı planlaşdırır.

Dias özü “Barselona” ilə danışıqlar aparmağa hazırdır. Amma “Liverpul” yalnız 75 milyon avro alacağı təqdirdə, hücumçunu buraxmağa hazır olacaq.

Luis Dias 2023/2024 mövsümündə 51 oyun keçirib, 13 qol vurub və 5 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 02:50 Yeni baş katib kimdir?