COP29

Almaniya klubuna keçməyə hazırdır - Xavi

23 İyun 10:40 İspaniya 1 336
Almaniya klubuna keçməyə hazırdır - Xavi

“Bayern” PSJ-dən yarımmüdafiəçi Xavi Simonsla müqavilə bağlaya biləcəyinə inanır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı futbolçu “Bayern”ə keçməyə hazırdır.

Münhen təmsilçisinin idman direktoru Maks Eberl gənc futbolçunun ətrafı və ailəsi ilə əla münasibətdədir.

Simonsla daha əvvəl “Barselona” və İngiltərə Premyer Liqasının top-klubları da maraqlanırdı.

21 yaşlı futbolçu ötən mövsüm icarə əsasında çıxış etdiyi “Leyptsiq”in heyətində Bundesliqada 8 qol vurub, 11 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti