COP29

“Öz səhvlərimiz ucbatından “Real”la rəqabət apara bilmədik”

17 May 22:00 İspaniya 462
“Öz səhvlərimiz ucbatından “Real”la rəqabət apara bilmədik”

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen cari mövsümün necə keçdiyi haqda danışıb.

Sportinf.az “Marca”-ya istinadən xəbər verir ki, alman qolkiper gələn mövsüm bütün titullar uğrunda mübarizə aparacaqlarını bildirib:

“Çalışmalıyıq ki, minimum hədəfimizi yerinə yetirək – La Liqada ikinci olaq. Bir neçə gün sonra son matçımız olacaq və bu emosional mövsümü eniş-yoxuşlarla bitirmək imkanımız var.

İspaniya çempionatında səhvlərimiz ucbatından “Real”la rəqabət apara bilmədik.

Çempionlar Liqasında çox yaxşı görünürdük. Gələn mövsüm bütün titullar üçün mübarizə aparmağa çalışacağıq”.

Ter Ştegen bu mövsüm bütün yarışlarda 34 matçda iştirak edib və 36 qol buraxıb. Onun klubla müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?