"Real" (Madrid) Lukas Vaskeslə müqavilə müddətini artırmaq istəyir.
Sportinfo.az xəbər verir ki, “Kral klubu” onun 2025-ci ilin yayına qədər komandada qalması üçün danışıqlara başlayıb.
32 yaşlı vinger “Real”ın yetirməsidir. O, 2015-ci ilin yayında əsas komandaya dəvət edilib və bütün turnirlərdə ümumilikdə 334 oyun keçirib, 34 qol vurub, 61 məhsuldar ötürmə edib.
Onun müqavilə müddəti 2024-cü il iyunun 30-na qədərdir. Vaskes "Espanyol"da icarə əsasında da çıxış edib.