İspaniya polisi “Real”ın futbolçusu Vinisius Juniora qarşı irqçi ifadələr işlədən üç nəfəri saxlayıb.
Sportinfo.az xəbər verir ki, bu barədə Valensiya İcmasının hüquqi nümayəndəsi Pilar Bernabe məlumat verib.
O, bildirib ki, digər şəxsləri müəyyən etmək üçün “Mestalya” stadionunun daxilindəki müşahidə kameralarına baxış keçirilir.
Vinisius Junior İspaniya La Liqasının 35-ci turunun “Valensiya” ilə matçında (0:1) irqçiliklə üzləşib.