COP29

“Qızıl top”a namizəd olan ən gənc oyunçu kimi tarixə düşdü Yamal Mbappeni qabaqladı

7 Sentyabr 10:20 İspaniya 864
“Qızıl top”a namizəd olan ən gənc oyunçu kimi tarixə düşdü Yamal Mbappeni qabaqladı

“Barselona”nın ispaniyalı ulduzu Lamin Yamal “Real Madrid”in futbolçusu Kilian Mbappeni geridə qoyub.

Sportinfo.az xarici mətbuata istinadən xəbər verir ki, Lamin Mbappenin rekordunu qıraraq “Qızıl top”a namizəd olan ən gənc oyunçu kimi tarixə düşüb.

Belə ki, Yamal 17 yaş 22 günlüyündə mükafatçılar siyahısına daxil olaraq bunu bacarıb. Kilian isə buna 18 yaş 293 günlüyündə nail olmuşdu.

Yamal İspaniya yığması ilə AVRO-2024-ün qalibi olub və eyni zamanda turnirin ən yaxşı gənc oyunçusu seçilib.

Vunderkind keçən mövsüm “Barselona”nın heyətində 50 oyun keçirib, 7 qol vurub və 9 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti