COP29

Azərbaycan futbolunda hələ heç kimin bu olaydan xəbəri yoxdur - VİDEO+FOTO

1 Sentyabr 14:00 İspaniya 1 420
Azərbaycan futbolunda hələ heç kimin bu olaydan xəbəri yoxdur - VİDEO+FOTO

II Liqada yeni mövsümə start verilib.

Region Liqasından çempionata pley-off yolu ilə gələn «Hypers» Qubada ilk ev oyununa çıxıb.

Uzun illərdən sonra böyük futbolun qayıtdığı rayonda əsl bayram ab-havası əsib. Heyətini xeyli gücləndirmiş Vüqar Nadirovun komandası 1200-dən artıq azarkeş tərəfindən dəstəklənib.

«Araz Saatlı» ilk 30 dəqiqədə iki top vuraraq, asan qələbəyə inansa da, avtoqola imza atmış Cavid İmamverdiyev fasiləyə az qalmış «günah»ını yuyub.

İkinci hissənin əvvəlində Ravil Yusifli keçmiş komandasının cəzalandıraraq, hesaba tarazlıq gətirib. 72-ci dəqiqədə isə Cavid dublunu rəsmiləşdirərək, «Hypers»in qələbə qolunu vurub.

Ancaq… Bu qalibiyyət debütanta 3 xal qazandırmayacaq.

Vüqar Nadirovun son dəqiqələrdə etdiyi əvəzetmə hər şeyi korlayıb. Belə ki, baş məşqçi adını iştirak ərizəsinə daxil etmədiyi Hakan Musayevi meydana buraxıb.

2005-ci il təvəllüdlü sağ cinah müdafiəçisi yaşıl sahəyə ayaq basdığından, AFFA İntizam Komitəsi onlara 0:3 hesablı texniki məğlubiyyət verəcək.

O da çox maraqlıdır ki, matçın baş hakimi Rövşən Rəcəbov protokolda bu barədə heç bir qeyd etməyib.

Referi ötən mövsüm «Baku Sportinq»in heyətində II Liqanın çempionluğunu qazanmış gəncin əvəzetmədən oyuna daxil olmasını da faktlaşdırmayıb.

SPORTİNFO.AZ

uba OİK stadionu. 1200 tamaşaçı
Baş hakim: Rövşən Rəcəbov
Baş hakimin köməkçiləri: Aydın Bəxşiyev, Rasim Axundov
Dördüncü hakim: Emin Abdullayev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Seymur Səlimli
Sarı vərəqələr: Rəvan Quluzadə, 3 (qeyri-idman hərəkəti); Qeyrət Əliyev, 22 (qeyri-idman hərəkəti); Ravil Yusifli, 59 (qeyri-idman hərəkəti); Denis Edilov, 86 (qeyri-idman hərəkəti) // Kamran Yolçiyev, 21 (qeyri-idman hərəkəti); Turqut Mustafazadə, 39 (qeyri-idman hərəkəti); Ramiz Qasımov, 71 (qeyri-idman hərəkəti)
Qollar: Cavid İmamverdiyev, 45+2 (p.), 72; Ravil Yusifli, 56 // Cavid İmamverdiyev, 25 (ö.q.); Elariz Xəlilli, 30
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 4 dəq.

“Hypers Guba”

35. Fərman Bayramov
55. Qeyrət Əliyev
10. Cavid İmamverdiyev (k)
5. Ramil Əmədov
13. Məqsum Qənbərli
(57. Nihat Sarıyev, 90+2)
25. Baxşəli Baxşəliyev
(8. Hüseyn Mənəfli, 68)
9. Ravil Yusifli
7. Elşən Veysov
44. Rəhim Cəfərov
77. Nicat Oruclu
22. Rəvan Quluzadə
Ehtiyat oyunçular:
98. Elxan Qasımov
6. Denis Edilov
Baş məşqçi: Vüqar Nadirov

“Saatlı-Araz”

60. Tural Abbaszadə
(1. Ümüd Cəfərov, 38)
22. Tanrıverdi Məhərrəmli
(19. Rəsul İbrahimov, 46)
9. Nurlan İsayev
(10. Zaur Fərzəliyev, 59)
7. Xəyal Bədirov
5. Qurban Hüseynov
8. Ramin Süleymanov
17. Elariz Xəlilli
11. Kamran Yolçiyev
(15. Cavid Əliyev, 83)
6. Həmzə Əliyev (k)
44. Ramiz Qasımov
66. Turqut Mustafazadə
Ehtiyat oyunçular:
12. Teymur Hüseynov
4. Loğman Əliyev
14. Abdulla Köngülov
24. Ülvi Əvəzov
Baş məşqçi: Şəhriyar Məmmədov

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 16:30 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM