Xesus Navas AÇ-2024-dən sonra İspaniya millisindəki karyerasını bitirəcək.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə futbolçu oyundan öncə özü deyib.
Təcrübəli müdafiəçi Almaniyada təşkil olunan Avropa çempionatının finalında İngiltərəyə qarşı matçın onun milli karyerasında sonuncu olacağını bildirib:
“Alvaro Morata mənə açıqlama verməyin vaxtının çatdığını dedi. Bu, mənim son oyunum olacaq.
Uzun illərdən sonra hələ də millidə olmağım işimi yaxşı yerinə yetirdiyimi göstərir”.
Navas İspaniya millisinin hazırkı heyətində həm Avropa (2012), həm dünya çempionatının qalibi (2010) kimi yer alan yeganə futbolçudur. 38 yaşlı arxa xətt oyunçusu millidə keçirdiyi 56 oyunda 5 qola imza atıb.