Almaniya millisinin və “Bayern”in yarımmüdafiəçisi Leon Qoretska karyerasını İspaniya çempionatında davam etdirə bilər.
Sportinfo.az “Todofichaje”-ə istinadən xəbər verir ki, “Barselona”nın baş məşqçisi Hans-Diter Flik almaniyalı futbolçu ilə maraqlanır.
“Bayern” cari mövsümün sonunda Qoretskanı məcburi satınalma şərti ilə icarəyə verə bilər. Onun transfer dəyəri 22 milyon avro qiymətləndirilir.
29 yaşlı yarımmüdafiəçinin “Bayern”lə müqaviləsi 2026-cı ilin iyunun sonunda başa çatacaq. O, Bundesliqanın cari mövsümündə 6 oyun keçirib və 1 məhsuldar ötürmə edib.