COP29

Premyer Liqa klubunun təklifini rədd etdi - “Real Sosyedad”

16 Avqust 02:30 İspaniya 746
Premyer Liqa klubunun təklifini rədd etdi - “Real Sosyedad”

“Real Sosyedad” “Arsenal”ın yarımmüdafiəçisi Mikel Merinonun transferi ilə bağlı son təklifini rədd edib.

Sportinfo.az “The Guardian”-a istinadən xəbər verir ki, alınan imtinaya baxmayaraq, “topçular” təslim olmaq niyyətində deyil.

“Arsenal”ın səbirli davranmaq niyyətində olduğu bildirilir. London klubu dərhal “Real Sosyedad”ın mövqeyini yoxlamaq üçün yeni bir təkliflə qayıtmayacaq.

Merinonun özü Mikel Artetanın komandasına qoşulmağa açıqdır. “Real Sosyedad” daha əvvəl ispaniyalı futbolçuya görə 40-50 milyon avro təzminat tələb etmişdi.

28 yaşlı yarımmüdafiəçi daha əvvəl “Nyukasl”ın heyətində İngiltərə Premyer Liqasında çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…