“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti gələcək karyerası ilə bağlı fikirlərini bölüşüb.
Sportinfo.az xarici mətbuata istinadən xəbər verir ki, 65 yaşlı mütəxəssis Madrid təmsilçisinin karyerasındakı son klub olacağını deyib.
“Düşünürəm ki, “Real” mənim karyeramdakı son klubum olacaq. Milli komanda çalışdırmaq fikrini heç sevmirəm.
Çünki bu, ən çox həzz aldığım şeyi - gündəlik işimi itirməyimə səbəb olar. Mən etdiyim işi həqiqətən sevirəm.
Bu, mənim məşqçi kimi 29-cu mövsümümdür. Doğrudur, çox qazandım, amma təsəvvür edin ki, nə qədər titul itirmişəm”, - o deyib.
İtaliyalı məşqçinin “kral klubu” ilə müqaviləsi 2026-cı ilin yayınadək nəzərdə tutulur.
65 yaşlı mütəxəssis 2013-2015-ci illərdə “Real”a rəhbərlik edib. 2021-ci ildə yenidən Ançelotti Madrid klubuna qayıdıb.
O, klubla ötən mövsüm La Liqa, Çempionlar Liqası və İspaniya Superkubokunun qalibi olub.