COP29

Bakıda futbol oynamaq üçün məktəbin hasarını keçərkən cərəyan vurub öldürdü - FOTO

31 İyul 2024 13:40 İspaniya 1 251
Bakıda futbol oynamaq üçün məktəbin hasarını keçərkən cərəyan vurub öldürdü - FOTO

Bakı şəhəri Xətai rayonunda yerləşən 245 saylı orta məktəbin həyətində faciə yaşanıb.

Sportinfo.az modern.az-a istinadən xəbər verir ki, məktəbin şagirdi Elmir Bəhruz oğlu Qəhrəmənov elektrik cərəyanı vurması nəticəsində ölüb.

Məlumata görə, yeniyetmə futbol oynamaq üçün məktəbin hasarından keçmək istəyərkən onu elektrik cərəyanı vurub.

Məlumatı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) də təsdiqləyib.

Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 29.07.2024-cü il tarixində saat 20:45-də təcili tibbi yardım bölməsinə cərəyan vurma səbəbi ilə gətirilən 17 yaşlı şəxsin (kişi cinsli) müraciəti daxil olub. Təcili tibbi yardım briqadası tərəfindən şəxsin həkiməqədər ölümü qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Baş Prokurorluq da hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, iyulun 29-da paytaxtın Xətai rayonu ərazisində 2006-cı il təvəllüdlü Elmir Qəhrəmanovun 245 saylı orta məktəbin həyətinə hasardan daxil olmaq istəyərkən elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı üzrə Xətai rayon prokurorluğunda araşdırma aparılır.

Digər Xəbərlər
Xəbər Lenti