COP29

“O, Rodridən sonra dünyanın ikinci ən yaxşı oyunçusudur”

15 Oktyabr 01:40 İspaniya 2 653
“O, Rodridən sonra dünyanın ikinci ən yaxşı oyunçusudur”

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente “Real Sosyedad”ın yarımmüdafiəçisi Martin Subimendi haqda danışıb.

Sportinfo.az “Mirror”-a istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı, milli komandanın digər üzvü Rodrinin dünyanın ən yaxşı yarımmüdafiəçisi olduğunu bildirib:

“Rodri dünyanın ən yaxşı yarımmüdafiəçisidir, ondan sonra Subimendidir. O, hər an özünə inam bəxş edir.

Martin bizə ondan istədiyimiz hər şeyi verir, o, fantastik istedaddır, əla oyunçudur.

Mənim üçün o, artıq dediyim kimi, Rodridən sonra dünyanın ikinci ən yaxşı futbolçusudur”.

“Liverpul” bu ilin yayında Subimendini almağa çalışsa da, o, “Real Sosyedad”da qalmağa qərar verib.

Digər Xəbərlər
Xəbər Lenti