"Sevilya" bu qış ilk transferini gerçəkləşdirib.
Sportinfo.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Ruben Varqasla 2029-cu ilin iyununa qədər müqavilə imzalanıb. İsveçrə millisinin oyunçusu “Auqsburq”dan (Almaniya) transfer edilib.
26 yaşlı vinger 2019-cu ildən Bundesliqa təmsilçisində çıxış edirdi. O, mövsümün ilk yarısında "Auqsburq"da ümumilikdə 10 oyuna çıxıb və 1 qol vurub.
"Sevilya"nın bu qış heyətinə ən çox cəlb etmək istədiyi digər futbolçu "Qarabağ"ın hücumçusu Juninyo olub.
Hücumçunun son anda İspaniya klubunun təklifindən imtina edərək "Flamenqo"da (Brazliya) oynamaq istədiyi bildirilir.