Daxili İşlər Nazirliyi (DİN) "Mingəçevir” ilə bağlı araşdırmalara başlayıb.
Bu barədə nazirliyin mətbuat xidmətdən bildirilib.
Qeyd edilib ki, daxil olan müraciət üzrə təhqiqat gedir.
Redaksiyamızın əldə etdiyi qeyri-rəsmi məlumata görə, müraciət AFFA-dan gəlib.
Federasiya oturduğu yerdə hərəkətə keçməyib. Belə ki, UEFA Bakıya növbəti serkulyar məktub göndərib.
Avropa futbol qurumu həmin məktubda AFFA-nı I Liqa ilə əlaqəli bəzi yeni bigilərlə tanış edib. Belə ki, UEFA aşağı liqanın cari mövsümündə keçirilən 10-a yaxın oyunun nəticəsinin şübhəli olmasını qeyd eləyib.
Burada adı ən çox çəkilən komanda isə «Mingəçevir»dir. Təşkilatın daxilində fəaliyyət göstərən hüquq-mühafizə orqanlarından ibarət orqan müxtəlif leqal və qeyri-leqal bukmeyker kontorlarından məlumatlar toplayıb.
Bu zaman məlum olub ki, ayrı-ayrı ölkələrdən I Liqanın son 6-7 turuna külli miqdarda pul qoyuluşu edilib. Əsasən də «Mingəçevir»in məğlubiyyətlərinə böyük məbləğdə «stavka» qoyulub.
Odur ki, AFFA DİN-nin müvafiq orqanlarını məsələdən xəbərdar edib. Bu səbəbdən
«Minggəçevir»in bir qrup futbolçusu oyun alqı-satqısına görə saxlanılıb.
I Liqada mübarizə aparan komandanın 7 üzvü gözaltına alınıb.
Bunlar qapıçı Movlan Kərimov, müdafiəçi Xəyal Muradov, yarımmüdafiəçilər - Xəyal Xudaverdiyev, Tural Məmmədzadə, Muxtar Nəzərli, Fuad Əhmədov və Elnur Mirzəyevdir.
Onlar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırmaya cəlb olunub.
Saytımıza bəlli olub ki, hadisə komandadaxili iclasdan sonra baş verib. Yeddi futbolçu toplantının ardından Mingəçevirdən Bakıya gətirilib.
SPORTİNFO.AZ