COP29

Paytaxt klubu stadionda konsert keçirməyəcək - Qonşular şikayətləndi

15 Sentyabr 10:15 İspaniya 1 075
Paytaxt klubu stadionda konsert keçirməyəcək - Qonşular şikayətləndi

“Real" yerli sakinlərin şikayətlərindən sonra “Santiaqo Bernabeu” stadionunda keçiriləcək konsertləri müvəqqəti dayandırıb.

Sportinfo.az bu barədə ESPN-ə istinadən xəbər verir.

Məlumata görə, qonşular, bu il Teylor Svift və digərləri də daxil olmaqla sənətçilərə ev sahibliyi edən şəhər mərkəzindəki stadionda yaranan səs-küylə bağlı narahatlıqlarını bildiriblər. Belə ki, konsertlər zamanı səs izolyasiyası ilə bağlı problemlər yaranıb.

Klub müvəqqəti olaraq təxirə salınan konsertlərin yeni tarixlərini tezliklə açıqlanacağını və bundan başqa digər tədbirlərinin stadionda davam edəcəyini bildirib.

O da qeyd olunub ki, Madrid şəhər bələdiyyəsi son aylarda problemi həll etmək cəhdlərinə baxmayaraq, stadiondakı konsertlərin hələ də səs-küy şərtlərini pozduğunu etiraf edib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 11:00 Xeyir və uğur bundadır!