“Mançester Siti” İngiltərə Premyer Liqasının VI turunu da itkisiz başa vurub.
Sportinfo.az xəbər verir ki, “şəhərlilər” bu dəfə “Nottinqem Forest”dən güclü olublar.
Qolları yeddinci dəqiqədə Fil Foden və 14-cü dəqiqədə Erlinq Holand vurublar. 44-cü dəqiqədə isə Rodri birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb və Mançester klubunu azlıqda qoyub.
Altı turdan sonra maksimum nəticə göstərən - 18 xal toplayan “Mançester Siti” vahid liderdir. “Nottinqem Forest” isə yeddi xalla 10-cudur.