“Təbii ki, o cür məğlubiyyətləri unutmaq çətindir”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Zirə”nin hücumçusu Rüstəm Əhmədzadə deyib.
23 yaşlı forvard Konfrans Liqasının pley-off mərhələsində “Omoniya”dan (Kipr) alınan 0:6 hesablı yenilgini xatırlayıb:
“Oyunun ertəsi günü danışdıq. Baş məşqçimiz də öz fikirlərini söylədi.
Komanda olaraq razılaşdıq ki, bu məğlubiyyətdən düzgün nəticə çıxarmalı və gələcəyə baxmalıyıq. Nikosiyadakı matçda hesab arasındakı fərqin böyük olmasının səbəbi…
Belə oyunlar olur. Bəzən dünya çempionatında belə, bu cür nəticələr qeydə alınır.
Rəqibin günü idi. Bizdə isə əksinə, demək olar ki, heç nə alınmadı. Bu da yekunda nəticəyə öz təsirini göstərdi”.