Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Zaur Axundov «Araz-Naxçıvan»ın məşqçi və futbolçularını sevindirib.
İki ay öncə NFF-nın rəhbəri seçilən iş adamı komanda üzvlərinin hər birinə 500-600 manat civarında mükafat verib.
O, Premyer Liqanın 4-cü turunda «Neftçi» ilə 1:1 oynayan kollektivi bu yolla ruhlandırıb.
Mərdəkanda keçirilən görüşün 16-cı dəqiqəsində Ömər Buludov nominal ev sahiblərini hesabda önə çıxarıb. «Ağ-qaralar» yalnız 94+4-cü dəqiqədə Ramil Şeydayevin qoluyla məğlubiyyətdən qaça bilib.
SPORTİNFO.AZ