COP29

Premyer Liqa klubunun bir-birindən gözəl gəlinləri: Modeli də var, rəqqası da... FOTOLAR

31 Avqust 02:30 İngiltərə 1 186
Premyer Liqa klubunun bir-birindən gözəl gəlinləri: Modeli də var, rəqqası da... FOTOLAR

"Arsenal" Premyer Liqanın favoritlərindən biridir.

Mikel Artetanın komandası keyfiyyətli futbol oynayır, güclü heyətə malikdir və rəqibləri üçün təhlükəlidir.

Sportinfo.az xəbər verir ki, uğurlu çıxışlardan sonra təkcə London klubunun futbolçuları deyil, onların xanımları da diqqət mərkəzindədilər.

Gəlin onları daha yaxından tanıyaq.

Corcina Remsdeyl - Aaron Remsdeyl

Möhtəşəm Corcina 2019-cu ildə "Arsenal"ın qapıçısı Aaron Remsdeyl ilə tanış olub. 2023-cü ildə evləniblər. Bundan sonra ilk övladları Ronni dünyaya gəlib. Corcina "British Airways"da stüardessa işləyib.

Ketrin Hardinq - Jorjinyo

32 yaşlı irland gözəli italiyalı futbolçu ilə evlidir. Onun televiziyalardan birində realiti şou təcrübəsi var. O, "Səs" şousunun iştirakçısı olub.

Hardinq aktyor Cude Lov ilə münasibətdə olub. O, Hollivud ulduzundan bir qız dünyaya gətirib. Onun Jorjinyodan da bir oğlu var.

Canin Makson - Tomas Parti

Bu yay Parti ilə nişanlanan britaniyalı model və influenserdir. Onların ilk övladı 2024-cü ilin əvvəlində dünyaya gəlib.

Tatyana Trubul - David Raya

29 yaşlı Tatyana İspaniya millisinin qapıçısı David ilə tanış olana qədər gecə klubunda işləyib. Onların 2021-ci ildə görüşməyə başladığı bildirilir. Ancaq 2022-ci ilin iyun ayına qədər münasibətlərini açıqlamayıblar. O, hazırda model kimi işləyir.

Helen Spillinq - Martin Odeqaard

Helen 2022-ci ildə "Arsenal"ın kapitanı ilə görüşməyə başlayıb. O, peşəkar rəqqasdır. Norveçdə bir çox müsabiqələrdə iştirak edib və 2021-ci ildə onlardan birini qazanmağı bacarıb.

Milli Uayt - Ben Uayt

"Topçular"ın sağ cinah müdafiəçisi modellə 2022-ci ildə tanış olub. 2023-cü ilin may ayında cütlüyün Londonda özəl bir toy mərasimi olub.

Tolami Benson - Bukayo Saka

Tolami ictimaiyyətlə əlaqələr sahəsində işləyir və "Zenit"də baş planlayıcıdır. Tolami Birmingem Universitetində təhsil alıb və İctimaiyyətlə Əlaqələr üzrə bakalavr dərəcəsi alıb. O, Almaniyada keçirilən Avropa çempionatında Bukayo Sakaya dəstək verməsi ilə diqqət çəkib.

Vlada Zinçenko - Aleksandr Zineçko

28 yaşlı gözəl idman teleaparıcısı və jurnalistidir. 2020-ci ildə o, "Lyon"la matçda "Mançester Siti"nin gözlənilmədən Çempionlar Liqasından kənarlaşdırılmasından sonra Pep Qvardiolanın taktikasını tənqid edərək şöhrət qazanıb. Həyat yoldaşı Aleksandr “Siti”ni “Arsenal”a dəyişdikdən sonra onun Mikel Artetadan şikayəti olmayıb.

Publika.az

Digər Xəbərlər
Xəbər Lenti