COP29

"O, yaşadığı və şahidi olduğu hadisələri açıqlasa, yer yerindən oynayar"

25 May 14:40 İngiltərə 983
"O, yaşadığı və şahidi olduğu hadisələri açıqlasa, yer yerindən oynayar"

«Ayxan Abbasov güclü mütəxəssisdir, amma o, Tovuzda çox çətin şərtlər altında işləyir».

Bu sözlər «Sportinfo»nun təsisçisi İlkin Vaqifoğluna məxsusdur.

ATV kanalının efirində yayımlanan «Futbolumuz» verlişində «Turan Tovuz»dan danışan İ.Vaqifoğlu bildirib ki, qərb klubu və yerli azarkeşlər hazırkı baş məşqçisinin arxasında dayanmalıdır.

Ayxan Abbasovun ötən mövsümdən biri əyalət təmsilçisində çalışdığını söyləyən müsahib qeyd edib ki, burada normal fəaliyyət göstərmək müşkül məsələdir.

Vaxtilə «Zirə» və «Sumqayıt»ı avrokuboklara daşımış məşqçinin «Turan»da üzləşdiyi problemləri sadalayıb, deyib ki, Tovuzun futbol ictimaiyyəti ona dəstək olmalıdır:

«Ayxan Abbasov yaşadığı və şahidi olduğu hadisələri açıqlasa, yer yerindən oynayar.Amma o, bugünədək həmin məsələləri açıqlamır».

İ.Vaqifoğlu söyləyib ki, uzun illər Premyer Liqadan uzaq düşmüş «Turan» keçid dövrü yaşayır.

Təsisçisi Ehtiram Quliyev başda olmaqla, rəhbərlikdə yer alan şəxslərin aparılan islahatları sonadək davam etdirəcəyinə inandığını söyləyib.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?