“Arsenal” “Real Sosyedad”ın yarımmüdafiəçisinə göz dikib.
Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, “topçular” baş məşqçi Mikel Artetanın çox bəyəndiyi Migel Merinoya müqavilə təklif edib.
“Arsenal”ın Merino üçün “Real Sosyedad”a tezliklə rəsmi təklif göndərəcəyi gözlənilir.
28 yaşlı futbolçunun müqaviləsinin bir ildən sonra bitəcəyini nəzərə alsaq, İspaniya klubu yarımmüdafiəçini daha ucuz qiymətə buraxa bilər.
Merino bu yaxınlarda İspaniya millisi ilə Avropa çempionu olub. O, La Liqanın son mövsümündə 5 qol vurub, 3 məhsuldar ötürmə edib.