COP29

"Qalatasaray"da oynayan Azərbaycan millisinin üzvü ilə MÜSAHİBƏ

30 İyul 03:30 İngiltərə 691
"Qalatasaray"da oynayan Azərbaycan millisinin üzvü ilə MÜSAHİBƏ

Sportinfo.az xəbər verir ki, qadınlardan ibarət futbol üzrə Azərbaycan milli komandasının üzvü, "Qalatasaray"da çıxış edən Nazlıcan Parlak sportal.az-a müsahibə verib.

- Azərbaycan A milli komandası AVRO-2025-in seçmə mərhələsində 4 xal toplaya bildi, son pillədə yer alsanız da pley-off mərhələsində oynayacaqsınız. Milli qrupdakı ən yaxşı və ən pis oyununu hansı komandaya qarşı oynadı?

- Ən yaxşı oyunumuz Türkiyəyə qarşı oldu. Hansı ki, qələbə qazandıq. Ən pis oyunumuz isə Bakıda Macarıstana qarşı baş verdi. Qrupda dörd xal qazandıq. Daha çox qazanacağımıza inanırdıq. Amma B liqasında ilk təcrübəmiz olduğu üçün buralarda belə xallar qazanmaq da böyük uğurdur.

- Yığmamız son illərdə uğurlu nəticələr göstərə bilir. Öncə Millətlər Liqasında birinci pilləni tutdunuz, indi isə pley-off mərhələsinə vəsiqə qazandınız. Bu futbolçularımızın hamısının legioner həyatı yaşaması ilə bağlıdır?

- Biz dörd ildən çoxdur ki, birlikdəyik. Buralara gələnə qədər çox çalışmışdıq. Uğurlu nəticələrdə baş məşqçimiz və personalın böyük payı var. Təbii ki, hamımız yaxşı çempionatlarda oynayırıq. Millinin toplanışlarına da hazır gəlməyə çalışırıq. Bunların hamısı da təsirini göstərir.

- Azərbaycan millisi pley-off mərhələsində Portuqaliyad ilə qarşılaşacaq. Püşkatmada bəxtimizin gətirmədiyini demək olar?

- Portuqaliya düşə biləcək ən güclü rəqib idi. Bu komandada dəyərli oyunçular var. Məncə, bizim üçün bir az şanssız püşkatma oldu. Lakin meydana çıxanda ad o qədər də çox önəm daşımır. Əsas mübarizə aparan, istəkli olan komanda qazanır. Əlimizdən gələni edəcəyik.

- Portuqaliyanı məğlub etməyiniz nə dərəcədə realdır? Yəqin ki, bu reallaşsa, böyük sürpriz olacaq?

- Təbii ki, bu, hamı üçün sürpriz olardı. Dəqiq belədir. Amma futboldur da. Dediyim kimi, kim daha çox istəyərsə, o da qalib gələr.

- Qısa zamanda Azərbaycan millisi yaxşı nəticələr göstərir. Türkiyədə də səni yaxşı tanıyırlar. Maraqlıdır, heç Türkiyədə deyirlər ki, niyə Nazlıcana diqqət edə bilmədik və onun Azərbaycan millisinə gedişinə mane olmadıq?

- Düzdür, belə söz-söhbətlər eşitmişdim. Ancaq bunun mənim üçün çox da önəmi yoxdur. İllərdir ki, Azərbaycan yığmasında oynayıram. Buna görə də şadam.

- Son mövsümdə "Qalatasaray"ın heyətində Türkiyə çempionu oldun. Yeni sezona başqa komandada başlayacaqsan, yoxsa "Qalatasaray"da qalacaqsan?

- Bəli, karyerama "Qalatasaray"da davam edəcəm.

Digər Xəbərlər
Xəbər Lenti