Braziliya millisinin və “Real”ın hücumçusu Rodriqo karyerasını İngiltərədə davam etdirə bilər.
Sportinfo.az xəbər verir ki, bu barədə “Diario Sport” nəşri məlumat yayıb.
“Mançester Yunayted” futbolçunun transferində maraqlıdır. Rodriqo baş məşqçi Ruben Amorimin təyinatından sonra “qırmızı şeytanlar”ın əsas hədəflərindən birinə çevriləcək.
Braziliyalı futbolçunun Madrid klubu ilə müqaviləsi 2028-ci ilin ortalarına qədərdir. O, cari mövsümdə 14 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.