COP29

5 milyon avro tələb edir - Premyer Liqa təmsilçisi

29 İyul 00:20 İngiltərə 835
5 milyon avro tələb edir - Premyer Liqa təmsilçisi

"Mançester Yunayted" Kristian Eriksenlə bağlı qərar verib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa nəhəngi danimarkalı yarımmüdafiəçini komandada saxlamayacaq.

Bu barədə yerli mətbuat məlumat yayıb.

"Qırmızı şeytanlar" 32 yaşlı futbolçu üçün gələn təklifləri dəyərləndirəcək. Futbolçu üçün tələb olunan məbləğ 5 milyon avrodur.

"Ayaks" və "Anderlext" Eriksenlə maraqlanır.

Kristian Eriksen 2022-ci ilin yayından "Mançester Yunayted"də çıxış edir. Danimarka millisinin üzvü ötən mövsüm Mançester təmsilçisinin heyətində meydana çıxdığı 28 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Təcrübəli oyunçunun klubla müqaviləsi gələn ilin yayında başa çatır.

Digər Xəbərlər
Xəbər Lenti