COP29

“Zirə”nin növbəti rəqibi

2 Avqust 03:20 İngiltərə 966
“Zirə”nin növbəti rəqibi

Konfrans Liqasının ikinci təsnifat mərhələsində Slovakiya təmsilçisi “DAK 1904”ü mübarizədən kənarlaşdıran “Zirə”nin növbəti rəqibi məlumdur.

Sportinfo.az xəbər verir ki, Rəşad Sadıqovun komandası III təsnifat mərhələsində Xorvatiyasan “Osiyek” ilə qarşılaşacaq.

Təmsilçimiz ilk matçını avqustun 8-də səfərdə keçirəcək. 1 həftə sonra isə “Zirə” rəqibini Bakıda qəbul edəcək.

“Osiyek” II təsnifat mərhələsində “Levadiya”nı (Estoniya) mübarizədən kənarlaşdırıb.

Xorvatiya təmsilçisi öz meydanında 5:1, bu gün keçirilən cavab görüşündə isə 1:0 hesablı (ümumi nəticədə 6:1) qələbə qazanıb.

“Osiyek” ötən mövsüm Xorvatiya çempionatını 57 xalla dördüncü pillədə başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti