COP29

Azərbaycan Premyer Liqasında 14 ildən sonra...

4 Dekabr 2023 09:40 İngiltərə 1 159
Azərbaycan Premyer Liqasında 14 ildən sonra...

Azərbaycan Premyer Liqasında 14 ildən sonra heç-heçə seriyası qeydə alınıb.

Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, cari mövsümün XV turunun matçlarının heç-heçə nəticələnməsi ilə gerçəkləşib.

“Araz-Naxçıvan” – “Səbail” görüşü 1:1, “Turan Tovuz” – “Sumqayıt” qarşılaşması 2:2 hesabı ilə nəticələnib.

XIV turun son günündə də iki bərabərlik qeydə alınıb. “Neftçi” – “Araz-Naxçıvan” (1:1) və “Sumqayıt” - “Zirə” (0:0) oyunlarında qalib müəyyənləşməyib.

Bu, ölkə çempionatları tarixində iki günü əhatə edən 9-cu heç-heçə seriyasıdır. Amma əvvəlki 8 belə seriyadan yeddisində oyun sayı daha az olub.

Yalnız 14 il əvvəl - 2009-cu ilin dekabrında iki fərqli turu əhatə edən iki gün ərzindəki 4 matçda qalib müəyyənləşməyib. Ayın 6-da üç, 8-də bir matç keçirilib ki, onların hamısı bərabərliklə nəticələnib.

XIII turun “İnter” – “Xəzər Lənkəran” və “Qəbələ” – “Qarabağ” oyunları 1:1, həmin gün baş tutan “Muğan” – “Simurq” və XIV turun “Karvan” – “Turan” görüşləri qolsuz bitib.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?