“Mançester Siti” cari transfer pəncərəsində hücumçularından birini itirə bilər.
Sportinfo.az “El Chiringuito”-ya istinadən xəbər verir ki, argentinalı hücumçu Xulian Alvares klub rəhbərliyindən onu satışa çıxarmağı xahiş edib.
24 yaşlı futbolçu “Mançester Siti”nin müqaviləni uzatmaq təklifindən imtina edib. Alvares ümid edir ki, “şəhərlilər” ona adekvat qiymət müəyyənləşdirəcək və bu yay onu satacaq.
Argentinalı forvardın MS ilə müqaviləsi 2028-ci ilin ortalarına qədərdir. O, ötən mövsüm 54 oyuna çıxıb, 19 qol vurub, 13 məhsuldar ötürmə edib.