COP29

Almaniya yığmasının üzvünü transfer etmək istəyir

22 İyun 18:20 İngiltərə 1 678
Almaniya yığmasının üzvünü transfer etmək istəyir

"Bavariya"nın futbolçusu Camal Musiala karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportinfo az xəbər verir ki, "Liverpul" Almaniya yığmasının üzvünü transfer etmək istəyir.

Bu barədə "Mirror" nəşri məlumat yayıb.

Mersisayd təmsilçisi 21 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün onun klubu ilə danışıqlara başlamağa hazırlaşır. Gənc oyunçu özü Premyer Liqada oynamağa isti yanaşır.

"Bavariya" Camal Musialanı 2019-cu ilin iyun ayında "Çelsi"nin akademiyasından transfer edib. O, ötən mövsüm Münhen təmsilçisinin heyətində meydana çıxdığı 40 rəsmi matçda 14 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Ön xətt oyunçusu hazırda davam edən Avropa çempionatında 2 oyunda 2 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 02:50 Yeni baş katib kimdir?