Problemi ciddidirmi? - “Hələ bilmirəm, gözləyək, baxarıq”

1 Aprel 00:00 İngiltərə 313
Problemi ciddidirmi? - “Hələ bilmirəm, gözləyək, baxarıq”

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland İngiltərə Kubokunun 1/4 finalında “Bornmut”la matçın (2:1) 61-ci dəqiqəsində topuq nahiyəsindən aldığı zədəyə görə əvəzlənib.

Sportinfo.az xəbər verir ki, tibbi yardım göstərilməsinə baxmayaraq, o, oyunu davam etdirə bilməyib və yerini Omar Marmuşa verib.

Oyun sonrası Haaland stadioni əsa və qoruyucu ayaqqabı ilə tərk edib.

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola hücumçunun zədəsinin nə dərəcədə ciddi olduğunun dəqiq bilmədiyini bildirib:

“Hələ bilmirəm. Gözləyək, baxarıq”.

Digər Xəbərlər
Xəbər Lenti