“Çelsi”də çıxış edən yarımmüdafiəçi Mixail Mudrik gələcəyi ilə bağlı qərar verib.
Sportinfo.az “Football Insider”-ə istinadən xəbər verir ki, ukraynalı vinger komandasını dəyişmək niyyətindədir.
Ceydon Sançonun “Çelsi”yə gəlişi Mudrikin oyun vaxtına ciddi şəkildə təsir edib. Ukraynalı futbolçu bundan narazıdır və komandanı dəyişmək istəyini rəhbərliyə bildirib.
Mudrik bu mövsüm 2 matçda iştirak edib. Onun London klubu ilə müqaviləsi 2031-ci ilin ortalarına qədərdir.