COP29

“Qayıdacam, bütün həyatımı vətənimdən kənarda keçirmək fikrində deyiləm”

20 May 01:40 İngiltərə 583
“Qayıdacam, bütün həyatımı vətənimdən kənarda keçirmək fikrində deyiləm”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta gələcəkdə vətənində – İspaniyada işləmək istədiyini bildirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis ölkəsini çox sevdiyini deyib:

“Hər zaman düşünürəm ki, nəvaxtsa qayıdacam. Mən ölkəmi çox sevirəm: həyat tərzimizi, ünsiyyətimizi, mədəniyyətimizi.

Ona görə də həmişə bunu beynimdə saxlayıram. Amma mən burada xoşbəxtəm (“Arsenal”da), onların mənə münasibəti xoşuma gəlir və işimdən çox razıyam.

Buna baxmayaraq, mənə elə gəlir ki, nəvaxtsa İspaniyaya qayıdacam. Bütün həyatımı vətənimdən kənarda keçirmək fikrində deyiləm”.

“Arsenal”ın baş məşqçisi İspaniya krallığına göstərdiyi xidmətlərə və beynəlxalq əlaqələrin inkişafına verdiyi töhfəyə görə verilən İspaniya Katolik İzabella ordeni ilə təltif edilib.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?