
Sabiq futbolçu Pol Merson “Arsenal”da İngiltərə Premyer Liqasının qalibi olmaq üçün hansı oyunçunun çatışmadığını açıqlayıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Aleksander İsaka bu yay tələbat olacaq. O, “Nyukasl”dan ayrılmaq qərarına gəlsə, “Arsenal” üçün əla seçim ola bilər.
Onlar bu oyunçunu alsalar, 10 xal fərqlə İngiltərə çempionu olacaqlar”.
25 yaşlı isveçli hücumçu Premyer Liqanın cari mövsümündə 31 matçda 22 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun “Nyukasl”la müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədərdir.