“O, çox dürüst və sadə insandır - Bu ölkədən olan insanlarla adətən çətin olur”

28 Aprel 21:20 İngiltərə 104
“O, çox dürüst və sadə insandır - Bu ölkədən olan insanlarla adətən çətin olur”

İngiltərə çempionatının 34-cü turunun oyunları keçirilib və “Liverpul” “Tottenhem”i 5:1 hesabı ilə məğlub edib.

Sportinfo.az “BBC Sport”-a istinadən xəbər verir ki, misirli hücumçu Məhəmməd Salah bu matçda qol vurub və oyundan sonra komandanın baş məşqçisi Arne Slot haqqında fikirlərini bölüşüb:

“O, çox dürüst və sadə insandır. Niderlanddan olan insanlarla adətən çətin olur, ancaq onunla həyat əslində daha asanlaşır.

Mən burada – “Enfild”də titul qazandığımız üçün çox şadam”.

“Liverpul” çempionatın başa çatmasına 4 tur qalmış çempionluq titulunu təmin edib. Slot keçən ildən “qırmızılar”a rəhbərlik edir.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 18:10 Çək və bizə göndər!
28 Aprel 11:20 Qurban Qurbanovun "11"i
28 Aprel 11:00 Bir addımı da sən at!