
“Bayern”in müdafiəçisi Kim Min Jae karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək imkanı qazanıb.
Sportinfo.az “Football Insider”-ə istinadən xəbər verir ki, “Nyukasl” cənubi koreyalı futbolçunu öz sıralarına cəlb etmək niyyətindədir.
“Sağsağanlar”ın rəhbərliyi bu sözləşmə üzərində ilkin işlərə başlayıb. Transfer yayda tamamlana bilər.
28 yaşlı müdafiəçinin dəyəri 45 milyon avro qiymətləndirilir. O, cari mövsümdə Münhen komandasının 43 oyununda iştirak edib, 3 qol vurub.