Sloveniyalı qapıçı Premyer Liqa klubunun hədəfindədir

27 Aprel 20:50 İngiltərə 169
Sloveniyalı qapıçı Premyer Liqa klubunun hədəfindədir

Sloveniya millisinin və “Atletiko”nun qapıçısı Yan Oblak karyerasını İngiltərədə davam etdirə bilər.

Sportinfo.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “Mançester Siti” sloveniyalı qolkiperin transferində maraqlıdır və Oblakı komandanın braziliyalı qapıçısı Edersonun yerinə almağı düşünür.

“Atletiko” isə 32 yaşlı oyunçusunu 25-30 milyon avro qarşılığında satmağa razıdır. O, 2014-cü ildən Madrid komandasında çıxış edir və hazırda 2028-ci ilə qədər qüvvədə olan müqaviləyə sahibdir.

Digər Xəbərlər
Xəbər Lenti
27 Aprel 20:00 Çək və bizə göndər!