
“Çelsi” belçikalı yarımmüdafiəçi Kevin De Bruyneni azad agent olduqdan sonra rənglərinə bağlamaq fikrində deyil.
Sportinfo.az “The Telegraph”-a istinadən xəbər verir ki, bu qərarın əsas səbəbi De Bruyne ilə Koul Palmerin oyun üslubunun bir-birini təkrarlaması və baş məşqçinin yalnız birini seçmək məcburiyyətində qalmalı olacağıdır.
Həmçinin, London klubunun rəhbərliyi hesab edir ki, son zamanlar De Bruynenin oyunu zəifləyib və o, artıq əvvəlki formasından uzaqdır. O, bu mövsümdə 35 oyunda 5 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
33 yaşlı futbolçunun “Mançester Siti” ilə müqaviləsinin müddəti bu ilin iyununda başa çatacaq və klub artıq onunla yeni sözləşmə imzalamaq niyyətində olmadığını açıqlayıb.