
Dortmund “Borussiya”sının gənc oyunçusu Ceymi Bayno-Gittens karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportinfo.az xəbər verir ki, bu barədə “Pletti Goal” nəşri məlumat yayıb.
20 yaşlı futbolçu ilə “Çelsi” ciddi şəkildə maraqlanır. “Zadəganlar” Bayno-Gittensə illik 6-7 milyon avro məvacibli müqavilə təklif etməyə hazırdır.
Hazırda o, Dortmund klubunda bu məbləğin təxminən yarısını qazanır.
“Borussiya” isə oyunçusunu 50-60 milyon avroya satmağa hazırdır.
İngiltərəli müdafiəçi bu mövsüm Almaniya Bundesliqasında 28 oyuna çıxaraq, 8 qol vurub və 3 məhsuldar ötürmə edib.