Yaxşı təklif olsa, argentinalı gənci satacaq - Premyer Liqa nəhəngi

01:40 İngiltərə 105
Yaxşı təklif olsa, argentinalı gənci satacaq - Premyer Liqa nəhəngi

“Mançester Yunayted”ın gənc oyunçuları Alexandro Qarnaço və Kobbi Mainu bu yay klubu tərk edə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, uyğun təklif gələrsə, argentinalı oyunçunun klubdan ayrılması mümkündür.

İngiltərəli yarımmüdafiəçi Mainu ilə bağlı vəziyyət isə fərqlidir.

Çox güman ki, o, bu yay “qırmızı şeytanlar”dan ayrılmayacaq, amma klub rəhbərliyinin onun müqaviləsinin müddətinin uzadılması ilə bağlı qərar verməsi hələ qalıb.

“Transfermarkt” portalı Qarnaçonun dəyərini 45, Mainunu isə 55 milyon avro qiymətləndirir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 03:40 Qubalı qızlar oynayacaq