“Mən artıq bu qərarın səbəbini izah etmişəm” - Suala cavab vermək istəmədi

00:10 İngiltərə 83
“Mən artıq bu qərarın səbəbini izah etmişəm” - Suala cavab vermək istəmədi

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandanın yarımmüdafiəçisi Kevin De Bruynenin klubun ona yeni müqavilə təklif etməməsinə verdiyi reaksiyaya aydınlıq gətirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis jurnalistlərin bu mövzuda verdiyi sualı qısa cavablandırıb:

“Mən artıq bu qərarın səbəbini izah etmişəm”.

33 yaşlı futbolçunun “Mançester Siti” ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq.

O, 2015-ci ildən bəri “şəhərlilər”in formasını geyinir və bu müddət ərzində 417 oyun keçirərək, 107 qol vurub, 177 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 03:40 Qubalı qızlar oynayacaq