
Tyerri Anri “Give me Sport” portalının versiyasına görə İngiltərə Premyer Liqası (APL) tarixinin ən yaxşı hücumçusu olub.
Sportinfo.az xəbər verir ki, “Arsenal”da Premyer Liqada çıxış etdiyi müddətdə fransız futbolçunun 175 qolu var.
Reytinqdə ikinci yeri “Nyukasl”ın keçmiş hücumçusu Alan Şirer, üçüncü yeri “Everton” və “Mançester Yunayted”də çıxış etmiş Ueyn Runi tutub.
Uzun müddət “Tottenhem”də çıxış edən “Bavariya”nın hücumçusu Harri Keyn dördüncü yerdə qərarlaşıb.