Premyer Liqadan istəyən var - Portuqaliyalı hücumçunu

00:20 İngiltərə 86
Premyer Liqadan istəyən var - Portuqaliyalı hücumçunu

“Çelsi”nin hücumçusu Joao Feliks hazırda icarə əsasında “Milan”da çıxış etsə də, İngiltərənin daha bir klubunun transfer hədəfinə çevrilib.

İtaliya klubu portuqaliyalı futbolçu ilə əməkdaşlığı davam etdirməkdə maraqlı deyil. “Çelsi”nin də onun gələcəyi ilə bağlı aydın planları yoxdur.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, yaranmış vəziyyətdən “Vulverhempton” faydalana bilər. Premyer Liqa klubu Feliksi heyətinə qatmağı nəzərdən keçirir.

25 yaşlı hücumçu ilə həmçinin, “Benfika”, “Vest Hem” və “Betis” də maraqlanır. Onun “Çelsi” ilə müqaviləsinin müddəti 2031-ci ilə qədər qüvvədədir.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:50 Çək və bizə göndər!
25 Aprel 10:40 Burada AYAQ SAXLA!